Velliton həmyerlimizə çatdı
14.12.2010 - 10:59
Velliton həmyerlimizə çatdı
Rusiya Premyer Liqasının son mövsümün bombardiri olan braziliyalı hücumçu Velliton azərbaycanlı futbolçuya çatıb. Apasport.az saytının məlumatına görə, Moskvanın “Spartak” klubunun legioneri qol sayında həmyerlimiz Nazim Süleymanovu haqladı.

Ötən mövsümdə vurduğu 19 qolla bombardir olan Velliton Rusiyada oynadığı 3 ildə (2007-10) 50 qol vurub. Artıq xeyli vaxtdır futbolçu karyerasını bitirərək, məşqçiliklə məşğul olan Süleymanov da şimal ölkəsində bu qədər fərqlənib. Özü də veteran hücumçumuzun Rusiya Premyer Liqasında ən çox qol vuran legioner olması uzun müddət tarixdə qaldı. Nəhayət, MOİK-in braziliyalı hücumçusu Vaqner Lav bir il öncə onu keçdi. AZAL-ın 45 yaşlı çalışdırıcısının Rusiya karyerası 1992-98-ci illərdə “Alaniya” və “Jemçujina” klublarında olub.