Emil Mpenza mövqeyini itirir
14.12.2010 - 11:33
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ildə ölkə çempionatlarında ən azı 20 qol vuran oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Ayaks” klubunun uruqvaylı futbolçusu Luis Suares liderliyini qoruyur.
Gənc hücumçu 33 oyuna 35 qol vurub. “Barselona”nın argentinalı ulduzu Lionel Messi 35 oyuna 34 qolla 2-ci, İsveçrənin “Yanq Boyz” klubunda 31 görüşdə 30 dəfə fərqlənmiş Kot D’İuvarlı Seydu Dumbiya 3-dür.
Cari mövsümdən “Neftçi”də oynayan belçikalı hücumçu Emil Mpenza mövqeyini əldən verib. Ötən mövsüm İsveçrənin “Syon” klubunda 28 oyunda 21 dəfə rəqib qapısına yol tapan futbolçu əvvəlki siyahıda 32-ci göstəriciyə malik idi. Siyahıya yeni futbolçular daxil olduğundan, Mpenza geriləyərək 38-ci olub. Ancaq Emil yenə məşhur ispaniyalı həmkarı, ötən mövsüm “Valensiya”da 32 oyuna 21 qol vuran, cari mövsümdən “Barselona”da forma geyinən David Vilyanı qabaqlayır.
“60-lığ”a düşən çempionatlarda qol sayı 20-dən az bombardirlərin siyahısında adı “Xəzər Lənkəran” klubu ətrafında hallanan rumıniyalı Adrian Kristea var. Buxarest “Dinamo”sunun 26 yaşlı cinah yarımmüdafiəçisi 16 qol vurub.

0
0