“İnter” asan qrupa düşdü
14.12.2010 - 13:42
“İnter” asan qrupa düşdü
Rusiyanın Sankt-Peterburq şəhərində sayca XIX olan ənənəvi “Birlik kuboku” turnirinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il yanvarın 14-dən 23-dək keçiriləcək yarışda Bakının “İnter” klubunun püşkdə bəxti gətirib.

Son çempionumuz A qrupunda Moldova çempionatının gümüş mükafatçısı “İskra-Stal”, Tacikistanın “İstiqlal” və Qırğızıstanın “Neftçi” klubu ilə bir qrupda yer alıb.

A qrupu: "İnter" (Bakı, Azərbaycan), "İskra-Stal" (Rıbnitsa, Moldova), "İstiqlal" (Düşənbə, Tacikistan), "Neftçi" (Koçkor-Ata, Qırğızıstan).


B qrupu: "Tobol" (Kustanay, Qazaxıstan), "Skonto" (Riqa, Latviya), "Mika" (İrəvan, Ermənistan), "Bunedkor" (Daşkənd, Özbəkistan).

C qrupu: "Zenit" (Sankt-Peterburq, Rusiya), "Nebitçi" (Balkanabad, Türkmənistan), "Şaxtyor" (Soliqorsk, Belarus), "Flora" (Tallin, Estoniya).

D qrupu: Gənclərdən ibarət Rusiya milli komandası, "Dinamo" (Kiyev, Ukrayna), XİK (Helsinki, Finlandiya), "Ekranas" (Panevejis, Litva).