Georgi Nikolov: Düzdür, bəxtimizin gətirdiyini inkar etmirəm
14.12.2010 - 14:15
“Birlik kuboku” turnirində rəqiblərimiz haqda konkret məlumatım yoxdur. Yalnız Moldovanın “İskra-Stal” klubu haqda müəyyən bilgim var. İstənilən halda, işimizin asan olacağını düşünmürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.
Azərbaycanı gələn ilin yanvarın 14-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku”nda təmsil edəcək son çempionumuzun rəqibləri bu gün müəyyənləşdi. Rəqiblər münasib olsa da, Nikolov asan qrupa düşdüklərini düşünmür: “Düzdür, bəxtimizin gətirdiyini inkar etmirəm. Münasib rəqiblərlə düşmüşük. Ancaq futbolçularımız belə komandalarla düşdüyümüzə görə aldanmamalıdırlar. Bu, elə turnirdir ki, iştirakçıların hamısı özünü yaxşı tərəfdən göstərir. Bu mənada görüşəcəyimiz “İskra-Stal”, Tacikistanın “İstiqlal” və Qırğızıstanın “Neftçi” klubları bütün güclərini ortaya qoyacaqlar”.
Nikolov qarşıda duran vəzifənin dəyişmədiyini bildirib: “Az öncə toplantımız olub. Onda bir daha qeyd olundu ki, turnirdə finala kimi irəliləyib, kuboku Bakıya gətirməyə çalışmalıyıq. Təbii ki, öncə qrupdan çıxmaq lazımdır. Özü də 1/4 finala 1-ci yerlə çıxmalıyıq ki, orada işimiz çətin olmasın”.
Qeyd edək ki, A qrupunda yer alan “İnter” birinci olarsa, 1/4 finalda "Tobol" (Kustanay, Qazaxıstan), "Skonto" (Riqa, Latviya), "Mika" (İrəvan, Ermənistan), "Bunedkor"un (Daşkənd, Özbəkistan) yer aldığı B qrupunun ikincisi ilə görüşəcək.
Mehman SÜLEYMANOV

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0