“İskra-Stal”ın rəsmisi: “Birlik kuboku”na təcrübə yığmağa gedirik
14.12.2010 - 14:42
“Birlik kuboku”nda əsas vəzifəmiz bizim üçün yeni olan turnirdə özümüzü sınamaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “İskra-Stal” klubunun İdarə Heyətinin sədri İlya Freydkin deyib.
Bakının “İnter” klubunun bir ay sonra Rusiyada keçiriləcək “Birlik kuboku”nda əsas rəqiblərindən olan Rıbnitsa təmsilçisi ölkəsinin son gümüş medalçısıdır. Moldovanın son illərdə dəyişməz çempionu olan “Şerif” turnirdən imtina etdiyi üçün Sankt-Peterburqa yollanacaq “İskra-Stal” debütantdır. Freydkin ilk dəfə çıxış edəcəkləri turnirə təcrübə toplamaq kimi baxır: “Belə turnirlərdə təcrübə yığmaq istəyirik. Əlbəttə, buna çempionatın II mərhələsinə hazırlıq kimi baxırıq. Daha konkret vəzifəni turnirə az qalmış müəyyənləşdirəcəyik. Əlbəttə, qrupdan növbəti mərhələyə çıxmağa çalışacağıq”.
Komandaya son 2 ildə əvvəl çempionatın bürünc, sonra gümüş medalını qazandıran, avrokuboklarda debüt etdirən Vlad Qoyan artıq baş məşqçi postunu tərk edib. Freydkin yeni çalışdırıcı ilə bağlı axtarışda olduqlarını bildirib: “Vlad İvanoviç özü bunun təşəbbüskarı idi, gedişini elan etdi. Bu, qarşılıqlı qərar idi. Qoyanın gedişinin səbəblərini ondan soruşmaq lazımdır. Klub rəhbərliyi ona 3 ildə gördüyü işlərə, qazanılan nəticələrə görə minnətdarlıq etdi. Qoyanın yeni komandası “Tiraspol” olacaq. Biz yeni məşqçi axtarırıq və artıq bir neçə namizədlər var. Yeni çalışdırıcımızın adını tezliklə açıqlayacağıq”.

0
0