Rəqibimiz mükafat kolleksiyası yığır
20.12.2010 - 11:00
Tacikistan Futbol Federasiyası 2010-cu il mövsümünün ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku” turnirində Azərbaycan çempionu Bakının “İnter” klubuna rəqib olan “İstiqlal”ın üzvləri də mükafatsız qalmayıb. Belə ki, 8 nominasiyanın 4-də Düşənbə təmsilçisinin nümayəndələri qalib gəlib.
“İstiqlal”ın baş məşqçisi Alimcon Rafikov həmkarları arasında hamını qabaqlayıb. Çempionatın ən yaxşı bombardiri olan Yusuf Rabiyev də öz mükafatını alıb. Lakin ona 1 yox, 2 mükafat verilib. Belə ki, hücumçu mövsümün ən yaxşı futbolçusu da seçilib.
“İnter”in rəqibinin müdafiəçisi Erac Rəcəbov arxa xətt oyunçuları arasında hamıdan 1-ci olub.

0
0