“Qalatasaray”ın sabiq kapitanı apasport.az-a danışdı: Hacını yenə qovacaqlar
20.12.2010 - 13:20
“Təəssüf ki, 3 böyük və zəngin klub geridə qalıb. Türk futbolunda bir “Anadolu inqilabı” olmayıb. Anadoluda komandaları az gəlirləri ilə meydanda mübarizə aparan oyunçular aldılar və pullarını ehtiyatla xərclədilər”. Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli futbol şərhçisi Gökmən Özdənak deyib.
Türkiyə Superliqasının I dövrəsini dəyərləndirən Özdənak vaxtilə kapitanı olduğu “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klublarının problemlərini rəhbərliyin yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: “Bu 3 böyük komanda 100 illik keçmişlərinə, əllərindəki maddi sərvətlərə və azarkeş bazasına baxmayaraq, pis idarə edildiyi üçün bu duruma düşüblər. Onların gələcəyi təəssüf ki, parlaq deyil. Mən Futbol Federasiyasının, hakimlərin, medianın 3 böyük kluba kömək etmələrinin tərəfdarı deyiləm. Keçən il “Bursaspor” çempion oldu, bu il, böyük ehtimalla, “Trabzonspor” olacaq. Ötən mövsüm media reytinqləri hesablayarkən, xeyli çətinlik çəkdi. Ona görə də böyük klublar reytinqi artırmaq məcburiyyətindədirlər”.
Özdənak Azərbaycanda da kifayət qədər sevilən “Qalatasaray”ın durumunu daha acınacaqlı sayır: “Ən böyük problem “Qalatasaray”da yaşanır. İstanbul təmsilçisinin idarəçiləri ağıllı investisiya qoya bilmirlər, işlər yaxşı getməyəndə isə günahkar baş məşqçi olur. Bu da futbolçulara mənfi təsir göstərir. “Qalatasaray”da komanda oyununu görə bilmirik. Bu gün Trabzondakı uğurların ən böyük səbəbi - klubun idarə heyətinin, komandanın və azarkeşlərin əlbir olmalarıdır. Şenol Günəş gələndən sonra Trabzonun bütün azarkeşləri onu dəstəklədilər. Klubun iki keçmiş prezidenti - Özkan Sümer və Əli Suat Özyazıcının Günəşin ətrafında toplanmaları “Trabzonspor”u irəliyə apardı. Təəssüf ki, bunu “Qalatasaray” bacara bilmədi. Adnan Polat dostumdur, ancaq təəssüf ki, klubda birinci adam vəzifəsini layiqincə yerinə yetirə bilmədi. Klubun prezidenti problemlərin öhdəsindən gələ bilməlidir”.
Həmkarımızın fikrincə, “Qalatasaray”ın transfer siyasəti də yanlışdır: “İndi yeni transferlərdən söhbət gedir. Keçən il də mövsümün ortasında iki oyunçu aldılar: Dos Santos və Jo. Ancaq nə oldu? Mövsümün axırında ikisini də qovdular. Futbolçu icarəyə götürmək istəmirlər, ancaq mövsümün ortasında “Qalatasaray”a layıq olan oyunçunu hardan tapacaqlar? Alınan futbolçuların komanda ilə ahəng halında oynaması çox vacibdir. Messinin “Barselona”da və Argentina yığmasında oyununa baxın. “Qalatasaray”dakı problemlərdən biri də oyunçuların tez-tez zədələnmələridir. Bu, komandadakı peşəkarlığın aşağı düşməsindən xəbər verir. Kiçik qardaşım “Hürriyyət”in “Qalatasaray” üzrə müxbiridir. Mənə dedi ki, məşq qurtarandan 10 dəqiqə sonra baş məşqçi Georgi Hacı paltar dəyişmə otağına girəndə, futbolçuların hamısının kostyum-qalstukda olduğunu görür. O, heyrətlənir ki, bu durumda olmasına baxmayaraq, hər kəs Floriyanı tərk etmək istəyir. Bu cür komanda ola bilməz. Çətin günlərdə futbolçular bir yerdə nə qədər çox olsalar, problemlər o qədər tez həll edilə bilər”.
Özdənakın sözlərinə görə, futbola kifayət qədər dəstək verən ölkə rəhbərliyi bunun hesabını istəyəcək: “Hörmətli baş nazir Ərdoğan Telekom Arena stadionunun bir an tikilməsi üçün təlimat verməsəydi, bu gün “Qalatasaray” hansı vəziyyətdə olardı? Klubun bütün idarəçiləri deyir ki, stadionu mən tikdim. Ancaq stadionu baş nazirin tikdiyini bilirik. Çünki baş nazir 2016-cı ildəki Avropa futbol çempionatının Türkiyə və Yunanıstanda keçirilməsini istəyir. Hökumət klublardan demək olar ki, vergi almır. Ancaq dövlətin bu qədər dəstək verməsinə baxmayaraq, klubların hələ də müvəffəqiyyət qazana bilməmələri narazılıq doğurur. Dövlətin bir gün bu işlərin haqq-hesabını çəkəcəyinə inanıram”.
Həmkarımız “Qalatasaray”ın baş məşqçisi Georgi Hacının yenidən bu posta gətirilməsindən də narazıdır: “Hacı gələndə təkidlə demişdim ki, işdən çıxarılan adamı mən bir daha geri qaytarmaram. O vaxt da demişdim ki, rumıniyalı bu işin öhdəsindən gələ bilməyəcək. Hacı azarkeşlərin “qazını almaq” üçün gətirilib. Komanda məğlub olanda, azarkeşlər klubun idarəçilərini istefaya dəvət etmək əvəzinə, “İ love you Hacı” – deyir. Məncə, liqanın ikinci yarısında komanda bir neçə oyunda da uduzarsa, Hacını mövsümün axırına qədər gözləməyib bir daha işdən qovacaqlar”.

0
0