“İnter”in baş məşqçisi istefaya göndərildi
20.12.2010 - 14:41
İtaliyanın “İnter” klubunun baş məşqçisi Rafael Benites istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, komandanın sahibi Massimo Moratti ispaniyalı mütəxəssisi vəzifəsindən çıxarıb.
İstefası xeyli vaxtdır gündəmdə olan Benites klublar arasında dünya çempionu olandan sonra rahat nəfəs ala bilərdi. Ancaq ispaniyalı mütəxəssis Afrikanın “Mazembe” klubuna finalda 3:0 hesabı qalib gəldikləri oyundan sonra mətbuat konfransında rəhbərliyin qarşısına ultimatum qoymaqla, “özünü yandırıb”. Belə ki, o, qış “transfer pəncərəsi”ndə 3 yüksək səviyyəli futbolçunun alınmasını rəhbərlikdən tələb edib və bunun qarşılığında postunu itirib.

0
0