“O, Azərbaycanda yox, böyük klublarda oynamaq istəyir”
20.12.2010 - 14:57
“Mirça Rednikin Rumıniyaya qayıtmasını gözləyirəm. Biz onunla görüşüb, bütün məsələlərə aydınlıq gətirəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Rapid” klubunun prezidenti Dinu Georgi deyib.
O bildirib ki, “Xəzər Lənkəran”ın “Rapid”dən transfer etmək istədiyi oyunçular siyahısına daha biri əlavə olunacaq: “Rednikin baş məşqçisi olduğu “Xəzər Lənkəran” Çezinya, Nikolae Qrequar və Lusian Radutanı almaq, ya da icarəyə götürmək istəyir. Onunla ötən həftə danışmışam. İndi də Ovidiu Herea onların diqqət mərkəzinə düşüb. Amma Herea Azərbaycanda deyil, Avropanın böyük klublarına keçmək istəyir. Qiyməti də 1,5 milyon avrodan aşağı deyil”.
Qeyd edək ki, “Rapid”də 10 nömrəli formanı daşıyan 25 yaşlı müdafiəyə meylli yarımmüdafiəçi bu il Rumıniya yığmasında debüt edib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0