Saşa Yunisoğlu: Təki, onun canı sağ olsun!
20.12.2010 - 16:13
“Komandamız yenə “ənənəvi xəstəliyi” üzündən qələbəni əldən verdi. Futbolçular qol vurduqdan sonra dayanırlar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Saşa Yunisoğlu deyib.
Premyer Liqanın XVIII turunun AZAL-a qarşı səfər oyununda 2 xal itirən (2:2) əyalət təmsilçisinin 25 yaşlı müdafiəçisi 2:0 hesabını qoruya bilməməklərinə təəssüflənir: “Çalışacağıq ki, qarşıdakı oyunlarda bu səhvləri təkrarlamayaq. Həm də Nodar Məmmədovun başına gələn hadisəyə görə oyun 5 dəqiqə dayandı. Başlayandan sonra isə qapımızdan top buraxdıq. Təki Nodarın canı sağ olsun. O, bizə lazımdır”.
İkinci hissədə əvəzlənən futbolçu bunu belə izah edib: “Meydana xəstə halda, iynə-dərmanın hesabına çıxmışdım. Oyunun gedişində sona qədər qala bilməyəcəyimi gördüm və əvəz edilməyimi istədim”.
Qeyd edək ki, Saşa AZAL-la görüşdən 1 gün əvvəl 25 yaşını qeyd edib.

0
0