“Qəbələ” daha bir futbolçu ilə müqaviləni yenilədi - FOTO
20.12.2010 - 17:30
“Qəbələ” daha bir futbolçu ilə müqaviləni yenilədi - FOTO
“Qəbələ” daha bir futbolçu ilə müqaviləni yeniləyib. Apasport.az saytının xəbərinə görə, milli komandamızın da şərəfini qorumuş müdafiəçi Sergey Sokolovla daha 1,5 il müddətə, yəni 2012-ci il iyunun 30-dək müqavilə bağlanıb.

Rusiya vətəndaşı olan Sokolov daha əvvəl yerli klublarımızdan “Gəncə”, “Qarabağ” və “Simurq”un heyətində çıxış edib. Şahin Diniyevin yığmanın baş məşqçisi olduğu vaxtda milliləşdirilib və yığmamızın formasını geyinib.

2008-ci ildə Belçika ilə oyunda istifadəsi qadağan olunan dərman preparatı istifadə etdiyi üçün FİFA onu 18 aylığına yaşıl meydanlardan kənarlaşdırmışdı. Nəticədə Sokolov bir müddət Rusiyanın həvəskarlar dəstəsində çıxış edib.