“Şturm” daha bir komandamızla oynamağa razılıq verdi
20.12.2010 - 18:54
“Şturm” daha bir komandamızla oynamağa razılıq verdi
“Qəbələ” klubunun qış fasiləsində yoxlama oyunlarında rəqiblərinin ikisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qəbələlilər yanvarın 22-də və 27-də Türkiyədə keçirilməsi gözlənilən matçlarda müvafiq olaraq Moskva “Lokomotiv”i ilə Avstriya “Şturm”u ilə görüşəcək. “Şturm” Antalyada digər Azərbaycan klubu – “Neftçi” ilə oynamağı razılığını verib.

Yanvarın 18-də hazırlıq məqsədilə Antalyaya yollanacaq komanda “Riksos” oteldə qərarlaşacaq. Təlim-məşq prosesinin yanvarın 28-ə kimi keçirilməsi planlaşdırılıb. Komandanın heyətinə bir neçə yeni futbolçu cəlb olunacaq.

Qeyd edək ki, ki, “Qəbələ” Premyer Liqamızın bu il son turunda dekabrın 23-də “Bakı” ilə ev oyunundan sonra istirahətə buraxılacaq.

Mənbə: qabalafc.az