Azərbaycana ilk vəsiqələr 11 aydan sonra veriləcək
21.12.2010 - 11:21
Azərbaycanda keçiriləcək mundiala ilk vəsiqələrin sahibləri gələn il noyabrın 13-də məlum olacaq. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə təşkil olunacaq 17 yaşlılar arasında dünya çempionatının final mərhələsinə qatılacaq Asiya təmsilçilərinin adları 11 aydan sonra bilinəcək.
Ölkəmizdəki turnirə seçim xarakteri də daşıyan 16 yaşadək futbolçular arasında Asiya çempionatının final mərhələsinin tarixi və təqvimi müəyyənləşib. Həmin yarış gələn il noyabrın 3-dən 13-dək keçiriləcək. Avstraliya, Çin, Yaponiya, KXDR, Cənubi Koreya və Tailand yığmaları həmin müddətdə 5 turdan ibarət dairəvi sistemlə yarışacaq. Qitə birinciliyinin mükafatçıları həm də Azərbaycandakı mundiala vəsiqə qazanacaq.
Qeyd edək ki, dünya çempionatına seçmə xarakteri daşıyacaq digər qitə birincilikləri 2012-ci ilin ilk yarısında baş tutacaq.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0