“Bakı”nın legioneri gərginlik içində
21.12.2010 - 12:12
“Çempionatın final mərhələsinə adlamaq üçün şanslarımız tükənmək üzrədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu İbrahim Karqbo deyib.
Syerra-Leone yığmasının üzvü olan dayaq yarımmüdafiəçisi klubun rəsmi internet saytına açıqlama verib. Karqbo Premyer Liqanın XIX turunun “Qəbələ” ilə görüşü haqda fikirlərini bildirib: “Yaxşı başa düşürük ki, bizi Bakıya nə üçün dəvət ediblər. Yarım ildir Azərbaycandayam. Bura böyük ümidlərlə gəlmişəm. Etiraf edim ki, hələlik işlərimiz yaxşı getmir”.
Karqbo mövsümü mükafatla bitirmək arzusundadır: “14 ildir ki, peşəkar futboldayam. Bizə nöqsanları aradan qaldırmaq üçün bir az vaxt lazımdır. Klubumla ən azı bir mükafat qazanmalıyam ki, rahat olum. Vəziyyətimiz gərgindir. İnanıram və ümidim var ki, biz ilk “altılığ”a düşəcəyik. Hər gün “Bakı”nın qələbə qazanması üçün dua edirəm. Qəbələdə qələbə qazanaraq, rəhbərlik başda olmaqla, bütün klubumuza yeni il hədiyyəsi etməliyik. “Bakı”nın qələbə qazanması üçün dua edirəm".

0
0