Superliqada oynayan futbolçu: “Qarabağ”dan yaxşı təklif almışam
21.12.2010 - 12:15
Qazaxıstan Superliqasında oynayan serbiyalı futbolçu Boyan Trkulya Azərbaycandan dəvət alıb. Apasport.az saytının məlumatına görə, “Kayrat” klubunun aparıcı futbolçularından sayılan 28 yaşlı müdafiəçi bildirib ki, “Qarabağ”dan təklif alıb.
Ötən mövsüm “Kayrat”ın güclülər dəstəsində qalmasına yardımçı olan Boyanın son çempion “Tobol”a keçəcəyi deyilsə də, bu klubla Türkiyəyə təlim-məşq toplanışına getməyib: “Gələn il “Kayrat”da çıxışımı davam etdirəcəyimi bilmirəm. Agentim indi bəzi komandalarla danışıqlar aparır. Azərbaycanın “Qarabağ” klubundan yaxşı təklif almışam. Əvvəlki komandam - Manamanın “East Riffa” klubundan da zəng etmişdilər, ancaq Bəhreynə getmək istəmirəm. Fikrimcə, gələcək karyeramla bağlı məsələ yanvarın əvvəlində tam həll olunacaq”.

0
0