AFFA dünyanın futbol əfsanələrini Bakıya gətirir
21.12.2010 - 14:42
AFFA dünyanın futbol əfsanələrini Bakıya gətirir
AFFA gələn il möhtəşəm tədbir keçirəcək. Bu barədə assosiasiyanın baş katibi Elxan Məmmədov cari ilin yekunları ilə bağlı bu gün təşkil olunan tədbirdən sonra apasport.az saytının müxbirinin sualını cavablandırarkən məlumat verib.

O bildirib ki, 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyini təmtəraqla qeyd edəcəklər: “Təbii ki, gələn bizim üçün çox önəmlidir. Çünki Azərbaycan futbolu 100 yaşını qeyd edəcək. Onu demək istərdim ki, inanılmaz, çox böyük tədbir keçiriləcək. Belə yubiley mərasiminin yaddaşımızda qalmasına çalışacağıq”.

Tədbirə dünya şöhrətli futbol adamları da gələ bilər. Məmmədov bunun ehtimal yox, reallıq olduğunu deyib: “Ola bilər yox, inşallah, gələcəklər. Təbii ki, biz yubiley tədbirində dünya şöhrətli futbol adamlarının iştirakını nəzərdə tutmuşuq. Artıq danışıqlar aparılır”.

Mehman SÜLEYMANOV