Rəşad Sadıqov: Qazanılan uğuru təkrarlamaq həmişə çətindir - MÜSAHİBƏ
21.12.2010 - 15:41
2010-cu ildə Azərbaycan yığmasının ən yaxşı futbolçusu seçilən kapitan Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Sizin üçün ilin futbolçusu seçilmək nə deməkdir?
- Milli komanda üzvləri arasında seçilmişəm. Ancaq bildiyimə görə, ilin futbolçusu yaxın vaxtlarda seçiləcək və sorğunun nəticəsi hələ bilinmir. Bu gün yığmanın ən yaxşı futbolçusu olmaq mənim üçün çox mühümdür. Çünki komandanın kapitanıyam və meydanda başqalarına nümunə olmağa məcburam. Çox sevinirəm ki, keçmişə baxanda, bu il daha uğurlu alındı.
- İlin əvvəlində qarşınıza belə məqsəd qoymuşdunuz?
- Keçən il Vaqif Cavadov burda ilin futbolçusu seçildi və biz də ona görə sevindik. Ancaq idmançı istər-istəməz özünün seçilməsini məqsəd qoyur. Fikirləşirsən ki, gərək həmin yerdə olum. Buna sağlam rəqabət deyirlər. Mən də istərdim ki, mükafat verilən yerə çıxım. Hər il qarşıya belə məqsəd qoyuram. Çalışıram ki, hər il seçilim. Ancaq buna nail olub-olmayacağım bilinmir. Komanda yoldaşlarımdan da çox şey asılıdır. Görürsən ki, yaxşı oynasan da, komanda yoldaşın səndən daha yaxşı oynayır, uğur qazanır. Əsas odur ki, ili uğurla başa vurmaq, yaxşı oynamaq istəyirəm. Bu, mənim üçün vacibdir.
- Bu mükafata sahib çıxmaq sizin üçün gözlənilməz oldu?
- Bunu istəsəm də, seçiləcəyimə əmin deyildim. Şükürlər olsun ki, arzuma çatdım.
- Keçən il ən yaxşı seçilən yığmadakı komanda yoldaşın Vaqif Cavadovla mükafatla bağlı söhbət etmisiniz?
- Yox. Sadəcə, bura gələndə Vaqif məni təbrik etdi. Mən də soruşdum ki, nə ilə təbrik edirsən? Dedi ki, daha ilin futbolçusu sənsən. Belə zarafatımız oldu.
- Siz ilin futbolçusu seçilməyinizi Türkiyədə, yoxsa Bakıda bildiniz?
- Türkiyədə bilmirdim. Bakıya gələndə hər şeyi bildim.
- 2004 və 2005-ci illərdə “Futbol+” qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, ilin ən yaxşı futbolçusu seçilmisiniz...
- Yadımdadır, 2 il belə olub. Ancaq bu, o seçkilərdən deyil. Gəlin, qarışdırmayaq. Bir var ilin futbolçusu, bir də var yığmanın ən yaxşı oyunçusu.
- Sizin üçün bu mükafatların fərqi nədir?
- Fərqi odur ki, hansısa uğura nail olmaq asandır, ancaq əvvəl qazandığın uğuru təkrarlamaq həmişə çətindir. Bu, mənim üçün ona görə fərqlənir ki, bir uğuru təkrarladım və bunu özüm üçün nailiyyət hesab edirəm.
- Bu mükafat kolleksiyanızda hansı yeri tutacaq?
- Mühüm yerlərdən birində. Aldığım mükafat mənim üçün vacibdir.
- Klub karyeranızda nə baş verir? “Əskişəhərspor”da niyə ehtiyatda qalırsınız?
- Ola bilsin düzgün başa düşülmür. Mən əslində, bir oyunda, yəni son turda “Kaşımpaşa” ilə görüşdə ehtiyatda qalmışam. Yalnız onda iştirak edə bilərdim, ondan qabaqkı oyunlarda yox. Çünki sağlamlığım buna imkan verirdi. Baş məşqçimiz “Beşiktaş”la görüşdə məni “18-liy”ə daxil etsə də, oynamağım gözlənilmirdi. Çünki 5 həftədir komanda ilə məşq etmədiyim üçün hazır deyildim. İndi səbir edib, şansımı gözləyirəm.
- Belə söhbət var ki, gərək “Əskişəhərspor” uduzsun, Rəşad əsas heyətə qayıtsın...
- Yox, belə deyil. Mən komandamızın uduzmasını istəmirəm. Çünki oynadığım komandanın həmişə iddialı duruma gəlməsini və ən azı Avroliqaya düşmək uğrunda mübarizə aparmasını arzulayıram. Bu, çətin olsa da, avrokuboklara qatılmaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, istəyimizə çatarıq.
- İndi ideal formadasan, yoxsa hələ işləmək lazımdır?
- Yaxşı oldu ki, zədəmi sağaltmışam və qarşıda qış hazırlığı var. İnşallah, həmin vaxtda pik nöqtəyə qayıtmağa çalışacağam.
- Baş məşqçiniz Bülənt Uyğunun sizə münasibəti necədir?
- Çox yaxşı. Ola bilər ki, oynamayım. Ancaq komandada elə ab-hava qurub ki, oynamasam da, ondan inciməyəcəm.
- Türkiyəyə nə vaxt qayıdacaqsınız?
- Dekabrın 27-də qış təlim-məşq başlayır və həmin vaxt geri dönəcəyəm.
- Yığmamızın Dubaydakı təlim-məşq toplanışında iştirak edə biləcəksiniz?
- Çətin. Amma inşallah, Danimarka ilə yoldaşlıq görüşündə olacağam.
Mehman SÜLEYMANOV

0
0