Qasımovun siyahısı
21.12.2010 - 16:01
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Vəli Qasımov dekabrın 23-dən 30-dək keçiriləcək təlim-məşq toplanışında sınayacağı futbolçuları müəyyənləşdirib.
Bakıda təşkil olunacaq hazırlıqlarda 28 futbolçu iştirak edəcək. Bunlar Elxan Məmmədov (“MKT-Araz”), Kazım Kazımlı, Orxan Sadıxlı (hər ikisi “Xəzər Lənkəran”), Ruslan Cəfərov, Rəşad Əzizov, Fuad Bayramov, Aleksander Qross (hamısı “İnter”), Vüqar Bəybalayev, Nurlan Novruzov (hər ikisi “Bakı”), Müşfiq Teymurov, Murad Musayev (hər ikisi “Qəbələ”), Məqsəd İsayev, Emil Balayev, Ruslan Tağızadə, Slavik Alxasov, Kərim Diniyev, Tural Adıgözəlov, Elşən Abdullayev (hamısı “Neftçi”), Akif Tağıyev, Qüvvət Əmrahov (hər ikisi “Turan”), Mehdi Rəsulov, Emin İbrahimov (hər ikisi “Abşeron”), Ruslan Bədəlov (“Olimpiya”, Volqoqrad, Rusiya), Tural Hümbətov, Elçin Hüseynov, Rizvan Umarov, Azər Abbasov (hamısı “Zenit”, Rusiya) və Əli Əliyevdir (“Zarya”, Ukrayna).
Qeyd edək ki, millimiz hazırlıqlarını Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində keçəcək.

0
0