Milli komandamız üçün daha bir rəqib – “Metallist”
21.12.2010 - 16:20
Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib bəlli olub. Apasport.az saytının məlumatına görə, milli komandamız Ukraynanın “Metallist” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. Xarkovlularla oyunun vaxtı isə hələ dəqiqləşməyib.
Ancaq bu matçın fevralın ilk günlərində olacağı daha real görünür. Çünki millimiz Dubaya yanvarın 27-də yollanacaq və gedən kimi oyuna çıxması inandırıcı deyil. “Metallist” isə yanvarın 18-də yollanacağı BƏƏ-də fevralın 3-dək qalacaq. Bir neçə yoxlama oyunu keçirməyi planlaşdıran xarkovlular yığmamızla yanaşı, Avstriyanın “Rapid” və Afrikanın ən titullu klubu “Əl-Əhli” (Misir) ilə görüşəcək. Onların Dubayda sonda bizimlə oynayacağı gözlənilir.
Qeyd edək ki, millimiz Dubayda Danimarka və Macarıstan yığmaları ilə də yoldaşlıq görüşündə gücünü yoxlayacaq. Macarlarla oyunun fevralın 9-da, yəni FİFA-nın “pəncərəsi”ndə yoldaşlıq görüşü üçün nəzərdə tutulduğu tarixdə olacağı dəqiqləşib. Bununla, millimiz Dubay toplanışını bitirərək, vətənə dönəcək. Macarıstanla görüşə qədər məhz Danimarka ilə fevralın əvvəlində oynamaqla bağlı danışıqlar gedir.

0
0