Azərbaycan yığmasının 11-ci dostu
22.12.2010 - 00:01
Azərbaycan yığmasının 11-ci dostu
Fevralın 9-da Azərbaycan millisi ilə yoldaşlı oyunu keçirəcək Macarıstan yığması ən azı 5 dəfə qarşılaşdığımız 11-ci rəqib olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək 4 dəfə üz-üzə gəldiyimiz şərqi avropalılara kimi 2 qitənin 10 komandası buna nail olmuşdu.

Yığmamızın dostu kimi tarixə düşən digər komandalardan daha çox Özbəkistan, Moldova və Finlandiya ilə oynamışıq. Millimiz 18 illik tarixi ərzində bu komandaların hərəsi ilə 8 dəfə görüşüb. Estoniya 7, Gürcüstan, Qazaxıstan, Türkiyə, Slovakiya, Polşa və Uelsin hərəsi 6 dəfə yığmamıza rəqib olub.