Azərbaycan çempionatının ən məhsuldar müdafiəçiləri
21.12.2010 - 17:30
Azərbaycan çempionatının ən məhsuldar müdafiəçiləri
Azərbaycan Premyer Liqasının ən məhsuldar müdafiəçilərinin adları açıqlanıb. Apasport.az saytı mövsümün baş tutan 18 turu ərzində 1-dən artıq qol vuran arxa xətt oyunçularının siyahısını müəyyənləşdirib.

Premyer Liqanın keçirilən 108 görüşü ərzində yalnız 4 müdafiəçi bunu bacarıb. Hələlik bombardir-müdafiəçilərin cədvəlində “ikihakimiyyətlilik” hökm sürür.

Belə ki, “Xəzər Lənkəran”ın albaniyalı legioneri Elvin Beçiri də, “Turan”ın türkiyəli müdafiəçisi Muammer Erdoğdu da 4 dəfə rəqib qapısına yol tapıb. Lakin albaniyalı AFFA tərəfindən 5 oyunluq cəzalandırılan türkiyəlini arxada qoymaq imkanı əldə edib.

Siyahıda 3-cü olan Stefan Borbikoni də eyni sayda qol vurub. Lakin “Bakı”nın fransalı legioneri 3 dəfə rəqib, 1 dəfə öz qapısına yol tapıb. Azərbaycan millisinin üzvü olan Saşa Yunisoğlu isə yerli müdafiəçilər arasında hamıdan öndə qərarlaşıb.

1-2. Elvin Beçiri (“Xəzər Lənkəran”) – 4
Muammer Erdoğdu (“Turan”) – 4
3. Stefan Borbikoni (“Bakı”) – 3
4. Saşa Yunisoğlu (“Qəbələ”) - 2