İlin ən yaxşıları: Kim kimə səs verib?
21.12.2010 - 17:33
İlin ən yaxşıları: Kim kimə səs verib?
Azərbaycan milli komandalarının 2010-cu il üçün ən yaxşı futbolçularının seçilməsində kimin kimə səs verdiyi məlum olub. Apasport.az-ın xəbərinə görə, AFFA-nın rəsmi internet saytı sorğunun nəticələrini açıqlayıb.

Ən yaxşı seçilən Rəşad Sadıqov 27 mümkün səsdən 12-ni toplayıb. Kamran Ağayev 4, Ruslan Abışov 3, Rauf Əliyev 2 respondent tərəfindən bəyənilib. Rail Məlikov, Elvin Məmmədov, Branimir Subaşiç, Saşa Yunisoğlu isə hərəyə 1 səs toplayıblar.

Maraqlıdır ki, sorğuda yığmaya çağırılmayan futbolçuya da səs verən tapılıb. “Muğan”ın baş məşqçisi Bəhmən Həsənov öz komandasının üzvü Tural Axundovu millinin ən yaxşısı sayıb. Bu futbolçu isə yalnız U-21-də çıxış edir. Onunla yanaşı, Arif Əsədov, Toni Adams və Mirça Rednik də öz komandasının oyunçularına səs verib. Kapitanlardan isə yalnız Qoqa Beraya komanda yoldaşına səs verib.

2010-cu ildə Azərbaycan milli komandasının ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün keçirilmiş sorğunun nəticəsi

1. Berti Foqts (A millinin baş məşqçisi) - Rəşad Sadıqov
2. Bernhard Lippert (Texniki direktor) - Rəşad Sadıqov
3. Ələkbər Məmmədov (İK-nın üzvü, futbol veteranı) - Kamran Ağayev
4. Arif Əsədov («Neftçi» PFK-nın baş məşqçisi) - Rail Məlikov
5. Rail Məlikov («Neftçi» PFK-nın kapitanı) - Rəşad Sadıqov
6. Revaz Dzodzvaşvili («Turan» FK-nın baş məşqçisi) - Kamran Ağayev
7. Vurğun Hüseynov («Turan» FK-nın kapitanı) - Elvin Məmmədov
8. Bəhmən Həsənov («Muğan» FK-nın baş məşqçisi) - Tural Axundov
9. Elnur Abdullayev («Muğan» FK-nın kapitanı) - Kamran Ağayev
10. Toni Adams («Qəbələ» FK-nın baş məşqçisi) - Saşa Yunisoğlu
11. Qoqa Beraya («Qəbələ» FK-nın kapitanı) - Branimir Subaşiç
12. Qurban Qurbanov («Qarabağ» FK-nın baş məşqçisi) - Rəşad Sadıqov
13. Aslan Kərimov («Qarabağ» FK-nın kapitanı) - Rəşad Sadıqov
14. Ramil Əliyev (MOİK-in baş məşqçisi) - Ruslan Abışov
15. Fərid Həşimzadə (MOİK-in kapitanı) - Ruslan Abışov
16. Qyoko Haciyevski («Simurq» FK-nın baş məşqçisi) - Rəşad Sadıqov
17. Rasim Ramaldanov («Simurq» FK-nın kapitanı) - Rəşad Sadıqov
18. Vinfred Şafer («Bakı» FK-nın baş məşqçisi) - Ruslan Abışov
19. Cəmşid Məhərrəmov («Bakı» FK-nın kapitanı) - Rəşad Sadıqov
20. Fuad İsmayılov («Gəncə» FK-nın baş məşqçisi) - Rauf Əliyev
21. Azər Məmmədov («Gəncə» FK-nın kapitanı) - Rauf Əliyev
22. Kaxaber Sxadadze («İnter» FK-nın baş məşqçisi) - Mahir Şükürov
23. Vladimir Levin («İnter» FK-nın kapitanı) - Rəşad Sadıqov
24. Nazim Süleymanov (AZAL FK-nın baş məşqçisi) - Rəşad Sadıqov
25. Aqil Nəbiyev (AZAL FK-nın kapitanı) - Rəşad Sadıqov
26. Mirça Rednik («Xəzər Lənkəran» FK-nın baş məşqçisi) - Kamran Ağayev
27. Kamran Ağayev («Xəzər Lənkəran» FK-nın kapitanı) - Rəşad Sadıqov

Futzal yığmasının ən yaxşısı seçilən Vitali Borisov isə 6 səs toplayıb. O, 4 səsə malik Rizvan Fərzəliyevi arxada qoyub. Digər 3 futzalçı, legionerlər Andrey Tveryankin, Edu və Rojerio 1 səs qazanıblar.

2010-cu ildə futzal üzrə Azərbaycan milli komandasının ən yaxşı oyunçusunun müəyyənləşdirilməsi üçün keçirilmiş sorğunun nəticəsi
1. Joze Alesio Da Silva (Futzal millisinin baş məşqçisi) - Rizvan Fərzəliyev
2. Joze Alesio Da Silva («Araz»ın baş məşqçisi) - Rizvan Fərzəliyev
3. Rizvan Fərzəliyev («Araz»ın kapitanı) - Vitali Borisov
4. Romio Rikardo Fioverda («Neftçi» İSM-in baş məşqçisi) - Rojerio
5. Ramil Həsənzadə («Neftçi» İSM-in kapitanı) - Edu
6. İbrahim Həsənov («Ekol»un baş məşqçisi) - AndreyTveryankin
7. Fərid Atakişiyev («Ekol»un kapitanı) - Vitali Borisov
8. İlqar Aslanov («Azmetko»nun baş məşqçisi) - Vitali Borisov
9. Rafael Abdulov («Azmetko»nun kapitanı) - Vitali Borisov
10. Nazim Mehrəliyev («Qarabağ veteranları» baş məşqçisi) - Rizvan Fərzəliyev
11. İlqar Abdulov («Qarabağ veteranları» kapitanı) - Vitali Borisov
12. Etibar Qarayev («Tərtər»in baş məşqçisi) - Vitali Borisov
13. Telman Həsənov («Tərtər»in kapitanı) - Rizvan Fərzəliyev