Mahir Şükürov: Hamı ondan bezmişdi - MÜSAHİBƏ
21.12.2010 - 18:00
Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- Bu il milli komandada ən çox oyun keçirən futbolçu kimi, AFFA-nın mükafatına sahib oldunuz...
- Düzü, bilirdim ki, millidə bu il ən çox oyun keçirən mənəm. Ancaq keçən il bu nominasiyada mükafat verilməmişdi. Həmin vaxt tədbirdə iştirak edirdim. Mükafat bu ildən başladı və bunu normal qarşılayıram. Rəqabətdir, kim çox oynayıbsa, o da mükafatlandırılır.
- Sizin kimi yığmada 9 oyun keçirən başqa futbolçular da var. Ancaq Rəşad Sadıqov, Kamran Ağayev, Elnur Allahverdiyev, Rauf Əliyev dəqiqə baxımından sizdən geri qalırdı. Bütün oyunları əvəzedilmədən keçirməyiniz üstünlüyünüz idi...
- Doğrudur. Sadəcə, mən bütün oyunlarda 90 dəqiqə meydanda oldum. Yəqin ki, bu, baş məşqçi Berti Foqtsun mənə sona kimi etimad göstərməsi ilə bağlıdır.
- Futbolçu karyeranızda mükafatlarınız az olmayıb. Bu, kolleksiyanızda hansı yeri tutacaq?
- Hər futbolçunun mükafat qazanmaq arzusu var. Bunu normal qarşılayıram. Sevinirəm ki, ilk nominasiyada qalib mən oldum.
- Bu, sizdə başgicəlləndirmə yaratmayacaq ki?
- Xeyr. Ömür boyu belə olmamışam. Mənim 28 yaşım var. Belə şeyləri etsəydim, 23 yaşımda edərdim. Futbolçuda bu fikirlər gənc yaşlarında olur. Biz bu dövrü keçmişik.
- Yəni gənclərə, 23 yaşında olanlara tövsiyə edərdiniz ki, mükafat alanda başları gicəllənməsin?
- Əlbəttə. Mən həmişə bunu onlara tövsiyə etmişəm. Mükafat oldu-olmadı, sən öz oyununu oynamalısan. Öz adın var və bunu millidə layiqli çıxışla qorumalısan. Bu zaman mükafatlar özü gələcək.
- Bu ili həm özün, həm də yığma üçün uğurlu sayırsınız?
- Bəli, bu il mənim üçün yaxşı oldu. Çünki “Anji” klubuna keçdim və uzun fasilədən sonra Rusiya Premyer Liqasında azərbaycanlı futbolçu oynadı. Çıxışım normal alındı, 20 oyun keçirdim. Halbuki, zədəm olmasaydı, daha çox oynayardım. Bəzi jurnalistlər yazır ki, “Anji”nin məşqçisi Andrey Qusinlə problemi olduğu üçün Mahir oynamırdı. Düzdür, Qusinlə problemim vardı. Ancaq son vaxtlar oynamamağım səhhətimdəki problemlə bağlı idi. Əvvəl allergiya xəstəliyinə tutulmuşdum, Çernoqoriya ilə yoldaşlıq görüşündən sonra yan ətrafımda ağrılar vardı. Bunu həkimlər də gördülər. Həmin yer bütöv göyərmişdi və ona görə məşq edə bilmirdim. Nəticədə son oyunlara çıxa bilmədim.
- Rusiya mətbuatında yazılıb ki, siz böyük ümidlərlə transfer edilsəniz də, gözləniləni vermədiniz. Son vaxtlar isə məşqçi ilə qalmaqalınız oldu...
- Rusiyaya yeni gedəndə ən yaxşı 5 transferdən biri mən idim. Böyük pula alınmasam da, yaxşı transfer sayılırdım. Ola bilər ki, zədəyə görə son vaxtlar oynamadığımdan, belə düşünürlər. Mənə elə gəlir ki, Rusiya Premyer Liqasında 20 oyun az deyil.
- Milli komandanın ən yaxşı futbolçusu Rəşad Sadıqov seçildi. Siz də buna layiq idiniz...
- Kimin qismətində nə varsa, o da olur. Bu il mənim qismətimdə bu yox idisə, olmayacaqdı. Rəşadı yığmanın ən yaxşı futbolçu olmağa layiq görüblər ki seçiblər. Onlar görüblərsə, mən də layiq görməliyəm. Çünki Rəşad hazırda yığmamızın kapitanıdır, layiqli futbolçu olduğundan, mükafat alır.
- Klub karyeranızla bağlı nə yenilik var? “Anji”dən gedəcəksiniz?
- Hələ bilinmir. İnşallah, klub karyeram yaxşı olacaq. Qabaqda hələ vaxt var. “Transfer pəncərəsi” yanvarda açılacaq. “Anji” ilə hələ risk edib, danışmamışam. Çünki klub da məni saxlamaqda maraqlıdır. İnşallah, yanvarda hər şey bilinəcək. Bilirəm ki, “Anji” martda mövsümə son hazırlığını Bakıda keçirəcək. Qismət olsa, həmin vaxt komanda ilə gələrəm. Buna sonradan baxarıq.
- Təklifləriniz var?
- Var, ancaq deməyəcəyəm.
- Yəqin ki, xaricdəndir...
- Bəli, Rusiyadandır.
- Qusinin “Anji”dən gedişi reallaşdı. Bu, orada qalmağınıza səbəb ola bilər?
- Qusinin gedişi hamı üçün yaxşı oldu. Çünki bütün komanda ondan bezmişdi. Tək mən yox, futbolçuların çoxu ondan şikayət edirdi.
Mehman SÜLEYMANOV

0
0