“Qarabağ” Lənkərana itki ilə getdi
21.12.2010 - 18:10
Azərbaycan Premyer Liqasının XIX turuna hazırlıqları yekunlaşdıran “Qarabağ” Lənkərana yollanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 23-də baş tutacaq matçda “Xəzər Lənkəran”la qarşılacaq Ağdam təmsilçisi bu gün axşam oyunun keçiriləcəyi məkanda olacaq.
Qış fasiləsi ərəfəsində sonuncu oyuna yollanan “Qarabağ” səfərə itki ilə çıxıb. Bu da yüngül zədəsi olan Rəşad Kərimovdur. Əvəzində “Turan”la oyunda zədələnərək əvəzlənən Zaur Həşimovun aldığı xəsarətin ciddi olmadığı aşkarlanıb. Bu gün komandayla məşq edən müdafiəçi Lənkərana səfər edib.
Qeyd edək ki, ağdamlılar sabah səhər 11-də oyunun keçiriləcəyi stadionda məşq edəcək. “Xəzər Lənkəran” – “Qarabağ” oyunu isə dekabrın 23-ü saat 17:00-da başlayacaq.

0
0