“İnter”in sabiq futbolçusu öldü
21.12.2010 - 23:51
İtaliyanı 1982-ci ildə dünya çempionu edən baş məşqçisi Entso Bearzot dünən səhər 83 yaşında vəfat edib. Apasport.az saytının xəbərinə görə, 1927-ci ildə doğulan Bearzot oyunçu kimi karyerasının ən parlaq dövlərini "Kataniya", "Torino"və "İnter"də keçirib. 1964-cü ildə oyunçuçu kimi futbolla vidalaşsa da, məşqçi kimi karyerasını davam etdirib.
İlk təcrübəsini "Torino" və İtaliyanın gənclər yığmasında keçən mütəxəssis 1975-86-cı illərdə İtalya millisini çalışdırıb. 1978-ci ildə İtaliyanı dünya dördüncüsü edib. Ən böyük uğuru isə 1982-ci ildə AFR-i 3:1 məğlub edərək dünya çempionu olmaqdı.
Xatırladaq ki, Bearzot yığmanın ən uzunmüddətli çalışdırıcısı kimi tarixə düşüb.

0
0