Boretsin oyuncağı
22.12.2010 - 00:22
Premyer Liqanın XVIII turunda elə hadisələr baş verdi ki, "Bakı"nın "İnter"ə uduzması çoxunun gözünə görünmədi. Tarixinin ən böyük biabırçılıqlarından biri ilə üz-üzə qalan "zolaqlılar" indi "altılıq"dan 5 xal geridədi və taleyi heç də yalnız özündən asılı deyil.
Ceyhun Haşımovun "Qarabağ" - "Muğan" oyununda çıxardığı hoqqa turun kuryoz hadisəsi idi. Onun həqiqətən də saatında problem olduğunu dəqiq deyə bilmərəm. Özü səbəb kimi bunu göstərsə də, kim bilir, bəlkə özünü "yüngül iş" üçün tələsik padşahın piyada getdiyi yerə çatdırmaq istəyirmiş. Şübhəmə görə məni qınamayın, axı, saatlarla yanaşı, birdən-birə qulaqcıqların da işləməməyi, 4-cü hakimin onun səhvini düzəltməməyi təsadüf ola bilməz.
Tovuzdakı qalmaqal isə bunun yanında daha biabırçı idi. "Simurq"un üzvü Elnur Abbasovun 100 (bəziləri bunun daha çox olduğunu deyir - C.) dollara görə döyülməsi az qala turun qalmaqalına çevrildi. Əslində isə bunun çempionat oyununa dəxli yox idi. Sadəcə, borcu ola-ola türkiyəli Muammer Ərdoğdudan gizlənən Elnur Tovuza getməyə məcbur olunca tələyə düşüb. Başqa çıxışı qalmayan Muammer pulunu istəyib, Abbasov özünümüdafiə üçün şivənə başlayıb və dava düşüb.
Əslində, borclu olmaq elə də utancverici bir şey deyil. "Simurq"un prezidenti Zaur Məmmədov demişkən, kişinin borcu olar. Ancaq gör, Elnur bu legioneri nə qədər "fırladıb" ki, axırda belə hadisə yaşandı.
Olay bir daha futbolun atdığı, amma özü futbolu ata bilməyən Abbasovun miskin durumunu göstərir. Oyunçu kimi özünü göstərə bilməyən, işi-gücü transfer dövründə klub axtarıb, birtəhər baş girləyən Elnur yalnız belə məsələlərə görə diqqət mərkəzinə düşə bilərdi. Elə onun kimi adı təcrübəli, özü elemantar futbol savadından bixəbərlərdi ki, bu gün ölkəmizdə səviyyəsiz əcnəbilər qaz vurub, qazan doldurur, layiq olmadığı pulları qazanır. Əgər Abbasov vaxtında yolunu azmasaydı, rejiminə, məşqinə fikir versəydi, "Turan"da aparıcı futbolçu olarkən özündənrazılığı yaxına buraxmasaydı, indi Ərdoğduya ağız açacaq qədər aciz duruma düşməzdi.
Həftənin üçüncü arzuolunmaz hadisəsi yuxarıda haqqında bəhs etdiyimiz paytaxt derbisində reallaşdı. Vadim Boretsin əlini ayıb yerinə qoyub nümayişkaranə surətdə təhqirə yol verməsi bağışlanmazdı. Şəxsən mən klub rəhbərliyinin yerinə olsam, belə hərəkətdən sonra hətta Lionel Messini də iti qovan kimi qovardım. Ancaq "Bakı" rəsmisi Yaşar Seyidov futbolçunun emosional gərginlikdən səhvə yol verdiyini bildirib, onun hərəkətini anlayışla qarşılamağın vacibliyini qeyd edir. Guya ki, futbolçu ani olaraq əsəbiləşib və səhvə yol verib.
Borets özü də müsahibəsində üzr istəmək əvəzinə ani əsəbiləşərək, rəqib düşərgədən gələn söyüşün qarşılığında belə etdiyini deyir. Ancaq "Beşiktaş"ın - azarkeşlərin sevimlisi olmasına baxmayaraq - oxşar hərəkətə görə heyətdən kənarlaşdırdığı Paskal Numaya qarşı atdığı addımı təkrarlamağa "Bakı" rəhbərliyinin cəsarəti çatmadı. Halbuki, Borets bu jesti təkcə "İnter"in ehtiyat oyunçular skamyasında əyləşənlərə deyil, həm də "Bakı" rəhbərliyinə, AFFA-ya, Azərbaycan futbolsevərinə qarşı etdi. Onu bağışlamaq elə futbolumuzu Vadimin əliylə göstərdiyinə sarımaq deməkdi.
Bəlkə də çempionat erotik səhnələr göstərmək üzrə keçirilsəydi, "Bakı" "altılıq"dan kənar qalmazdı. Necə də olmasa, paytaxt klubunun heyəti genişdi, çox millətdən nümayəndə var ki, onların da hər birinin öz mədəniyyəti olmalıdı. Böyük məbləğlər qatlayıb, futbol da oynaya da bilmirlər, heç olmasa, camaatı əyləndirsinlər. Borets kimi oyuncaq həvəskarları çox "nömrə" göstərə bilər.
CAVAD

0
0