İlin ən yaxşı legionerləri
22.12.2010 - 00:17
"Panatinaikos"un fransalı forvardı Cibril Sisse 2010-cu ildə Yunanıstanın ən yaxşı legioneri seçilib. Apasport.az-ın xəbərinə görə, seçim əsasən Yunanıstan çempionatındakı oyunçular tərəfindən aparılıb.
2009-cu ildə Marsel "Olimpik"indən transfer olunan 29 yaşlı futbolçu Yunanıstanda karyerasının ikinci baharını yaşamaqdadı. Elladanın ən güclü oyunçularından birinə çevrilən Sissenin çıxışında canlanma yaranıb.
Fransalı mükafatı aldıqdan sonra "Ölkə çempionluğu üçün əlimizdən gələni edəcəyik. Sonda gülən tərəf biz olmalıyıq" - deyib. Xatırladaq ki, ötən mövsüm "Panatinaikos" forması ilə 29 qol vuran Sisse cari mövsümdə 21 oyunda 14 dəfə rəqib qapıçıları cəzalandırıb.
"Mançester Yunayted"in təcrübəli qolçusu Dimitar Berbatov isə son 8 ildə 7-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Belə ki, futbolçu 2002-ci ildən bu yana yalnız 2003-cü ildə bu mükafatı ala bilməyib. Mükafatlandırma mərasimindən sonra sevinc içində olduğunu deyən Berbatov Xristo Stoçkov kimi bir ulduzla müqayisə edilməyin onun üçün qürur olduğunu bildirib.
Xatırladaq ki, Berbatov bir müddət öncə milli komanda karyerasına son qoyduğunu açıqlamışdı. 29 yaşlı hücumçu yığmada çıxdığı 77 oyunda 48 qol vurmağı bacarıb.

0
0