AZAL hamıdan yaxşıdır
22.12.2010 - 00:26
AZAL hamıdan yaxşıdır
Son günlər ölkə mətbuatında MOİK-in əvəzedici heyətinin dağılması ilə bağlı xəbərlər yayılır. İnformasiya təsdiqlənməsə də, deiylənlərə görə, bundan sonra "hərbçilər"in əsas komandasının üzvləri həm də bir gün öncə əvəzedicilərin yarışında iştirak edəcək. Kəsəsi, MOİK əlini elitadan üzüb və indi daha az xərc çəkməklə mövsümü birtəhər yola vermək haqda düşünür.

Ancaq əslinə baxsan, imtina edilməyə layiq komanda əvəzedicilər yox, əsas heyətdi. Çünki Premyer Liqadakı komandadan fərqli, əvəzedicilər 5 yox, 20 xal toplayıb. Elə bu amil MOİK-in ehtiyat qüvvəsinin daha sanballı olduğunu göstərir.

Ümumiyyətlə, elita klublarının əsas və əvəzedici heyətlərinin turnir cədvəlinə ayrı-ayrılıqda baxdıqda qəribə mənzərə ortaya çıxır. Belə ki, lider "Xəzər-Lənkəran"ın, eləcə də iddialı "İnter", "Neftçi" və "Qarabağ"ın "dublyorlar"ının aşağılarda sürünməsi bu klublarda bütün diqqətin bir cəbhəyə yönəldilməsini isbatlayır. Əvəzində "Turan" daha çox əvəzedicilərinə güvənir, "Simurq" isə hər iki komandaya görə ağlamalı durumdadı.

Amma hər iki cəbhədə uğurlu çıxış edən AZAL-ın işi qeyd olunmalıdı. Elə "Bakı" və "Qəbələ" də sevinə bilər. Gəl ki, iki cədvəlin toplanmasına görə alınan turnir vəziyyətindən əsasən "təyyarəçilər" razı qalmalıdı. Çünki "Bakı" və "Qəbələ", elə "İnter"lə "Neftçi" də əvəzedicilərin çempionatında bir sıra əsas heyətlərin üzvündən də istifadə edir.

Əsas heyətlər

1. Xəzər L 18 12 4 2 22-8 40
2. Neftçi 18 11 5 2 34-9 38
3. AZAL 18 9 7 2 25-11 34
4. İnter 18 9 4 5 16-13 31
5. Qəbələ 18 8 6 4 19-9 30
6. Qarabağ 18 9 3 6 19-12 30
7. Bakı 18 7 4 7 25-20 25
8. Gəncə 18 5 7 6 23-25 22
9. Muğan 18 4 5 9 8-21 17
10. Turan 18 2 6 10 14-27 12
11. Simurq 18 2 5 11 11-27 11
12. MOİK 18 1 2 15 5-39 5

Əvəzedici heyətlər

1. Turan 18 13 3 2 33-12 42
2. Bakı 18 12 4 2 46-11 40
3. AZAL 18 10 6 2 28-12 36
4. Qəbələ 18 10 4 4 39-20 34
5. Muğan 18 9 3 6 18-13 30
6. Gəncə 18 6 5 7 22-21 23
7. İnter 18 5 7 6 20-26 22
8. Neftçi 18 5 6 7 25-22 21
9. MOİK 18 5 5 8 18-25 20
10. Qarabağ 18 3 6 9 28-35 15
11. Xəzər L 18 4 1 13 12-38 13
12. Simurq 18 0 2 16 10-64 2

Ümumi cədvəl

1. AZAL 36 19 13 4 53-23 70
2. Bakı 36 19 8 9 71-31 65
3. Qəbələ 36 18 10 8 58-29 64
4. Neftçi 36 16 11 9 59-31 59
5. Turan 36 15 9 12 47-39 54
6. İnter 36 14 11 11 36-39 53
7. Xəzər L 36 16 5 15 34-46 53
8. Muğan 36 13 8 15 26-34 47
9. Qarabağ 36 12 9 15 47-47 45
10. Gəncə 36 11 12 13 45-46 45
11. MOİK 36 6 7 23 23-64 25
12. Simurq 36 2 7 27 21-91 13

FƏRİD, “Ekspressfutbol” qəzeti