Emin Mahmudov Mahir Şükürovla görüşə gedəcək
22.12.2010 - 09:59
Rusiya Premyer Liqasında gələn mövsümün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ilk tur azərbaycanlı futbolçuları görüşdürəcək. Millimizin futbolçusu Mahir Şükürovun oynadığı “Anji” həmyerlimiz Emin Mahmudovun şərəfini qoruduğu “Saturn”u qəbul edəcək. Mahaçqaladakı görüş martın 12-də keçiriləcək. Ancaq həmvətənlərimizin qarşıdurması baş tutmaya da bilər. Məsələ ondadır ki, Mahirin gələn mövsümü də “Anji”də başlayacağı sual altındadı. 28 yaşlı futbolçumuzun digər Rusiya Premyer Liqa təmsilçisinə keçəcəyi istisna deyil. Eminlə isə Moskva “Spartak”ı maraqlansa da, o “Saturn”da qalmaq istədiyini bildirib. Sadəcə, onun əvəzinə Mahmudovun klubu maliyyə problemləri üzündən sonda Premyer Liqaya buraxılmaya bilər.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0