“Neftçi”nin futbolçusu mükafatlandırıldı
22.12.2010 - 10:12
“Neftçi”nin futbolçusu mükafatlandırıldı
Qırğızıstanda 2010-cu ilin təntənəli bağlanış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, futbol mövsümünün laureatlarının da mükafatlandırıldığı tədbirin qəhrəmanları arasında “Neftçi”nin üzvləri də olub. Gələn ilin yanvarında Rusiyada keçiriləcək “Birlik kuboku”nda Azərbaycan çempionu “İnter”in rəqiblərindən olan Koçkor-Ata təmsilçisinin futbolçusu Talay Cumatayev ən yaxşı hücumçu və ən yaxşı bombardiri kimi mükafata sahib çıxıb. Tədbirdə ən yaxşı oyunçu, qapıçı, müdafiəçi, yarımmüdafiəçi və futzalçısı da müəyyənləşib.

Qeyd edək ki, Cumatayev gələn il iyulun 1-dək futboldan kənarlaşdırılıb.