Futbol yığmamız Qırğızıstana gedir
22.12.2010 - 10:54
Futbol yığmamız Qırğızıstana gedir
Qırğızıstanda keçirilən “Nadejda” kuboku beynəlxalq status daşıyacaq. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyasının baş katibi Nurtazin Cetıbayev qadın komandaların yarışının bundan sonra FİFA bayrağı altında təşkil ediləcəyini açıqlayıb.

O, bildirib ki, ənənəvi turnirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan komandaları da iştirak edəcək. Yarışın İssık-Kul gölünün sahilində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda qadınlardan ibarət yalnız 1 komanda var. Bu da 15 yaşadək futbolçulardan ibarət millidir.