MOİK bəyanat yaydı
22.12.2010 - 11:44
Mərkəzi Ordu İdman Klubu (MOİK) bəyanat yayıb. Komandanın mətbuat xidmətindən apasport.az saytına daxil olan bəyanatda paytaxt təmsilçisi son günlər ölkə mətbuatında klubdakı problemlər haqda yazılanlardan narazı qalıb.
Bakılılar rəhbərliyin futbolçuların əmək haqlarını verə bilməməyi, MOİK-in fəaliyyətini dayandıraraq bir klub kimi ləğv olunacağı ilə bağlı xəbərlərin həqiqətəuyğun olmadığını bəyan edib: “Bütün bu yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur. 2002-ci ildən etibarən peşəkar futbol klubu statusu daşıyan MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək. Mətbuatda dərc edilən məqalələrin əksinə olaraq, klubda heç bir maliyyə problemi yoxdur”.
Bəyanatda dekabrın 18-də Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Xəzər Lənkəran”la oyuna çıxmayacağı barədə səslənən fikirləri də əsassız olduğu qeyd olunub: “Komandamızın “Xəzər Lənkəran”la görüşü bu iddiaların absurd olduğunu göstərdi. Analoji fikirlər dekabrın 21-də mətbuatda işıq üzü gördü. Bildirilirdi ki, guya MOİK dekabrın 23-də “Simurq”la oyuna çıxmayacaq. Qeyd etmək istərdik ki, MOİK-in əvəzedici heyəti artıq Zaqataladadır, əsas komanda isə bu gün axşam saatlarında səfərə yollanacaq. Göründüyü kimi, MOİK-i istəməyənlər, hər fürsətdə komandamız barədə yanlış fikir səsləndirənlərin növbəti iddiası boşa çıxdı”.
MOİK rəsmiləri KİV nümayəndələrinə məsləhət də verib: “Yaxşı olardı ki, MOİK-in orta yaş həddinə görə Premyer Liqada ən gənc kollektiv olmasına, heyətində demək olar, legioner oynatmamağına diqqət yönəltsinlər. MOİK indiyədək Azərbaycan futboluna bir sıra istedadlı oyunçular bəxş edib və indi də heyətdə futbolumuzun gələcək ulduzları yer alıblar. Belə bir perspektivli komanda barədə bəzi mətbu orqanların “qara piar” aparması yox, dəstək göstərməsi daha məqsədəuyğun olardı. 2010/11 mövsümünün debütantı olan MOİK-in əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Əgər cari mövsüm bu məqsədimizə çatmasaq, növbəti ildə I divizionda iştirak edib, yenidən Premyer Liqaya dönməyə çalışacağıq”.

0
0