İlin son turu: Uduzmasa, “Xəzər Lənkəran” qış çempionu olacaq
22.12.2010 - 11:56
Azərbaycan çempionatı böyük fasiləyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları sabah cari ildə sonuncu oyunlarına çıxacaqlar. Bir gündə keçiriləcək XIX turun görüşlərindən sonra çempionatda 51 günlük fasilə yaranacaq.
Komandalar ilk mərhələdən qalan üç turluq mübarizəyə gələn ilin fevralın 12-də start verəcək.
Mərkəzi görüş Lənkəranda keçiriləcək. Lider “Xəzər Lənkəran” “Qarabağ”ı ilk dövrədə olduğu kimi, yenə xalsız qoyarsa fasiləyə qış çempionu kimi yollanacaq. “Neftçi” “Turan”a qalib gələcəyi təqdirdə, 2 xallıq fərq yenə qalacaq. Əslində, lənkəranlılara fasiləyə lider kimi yollanmaq üçün 1 xal, yəni evdə uduzmamaq da yetərlidir. Çünki “Neftçi” ilə xalları bərabər olarsa, şəxsi oyunda “ağ-qaralar”dan üstün olduğundan (1:0) mövqeyini itirməyəcək.
“Neftçi”nin “Turan”la oyun öncəsi ciddi itkiləri var. Əvvəla, nəinki komandanın, çempionatın bombardiri olan özbəkistanlı hücumçu Bahodir Nasimov oynamayacaq. Bahodir yığmasının düşərgəsinə yollandığından, “Neftçi” cari mövsümdə ilk dəfə onsuz meydana çıxacaq. Bundan əlavə, Rail Məlikovun yoxluğunda kapitan olan müdafiəçi Ruslan Abışov da kənarda qalıb. Buna səbəb millimizin üzvünün 4-cü sarı vərəqəsini alıb, cəzalı duruma düşməsidir. Raillə Denis Silva zədədən yenicə qayıtdıqları halda, digər braziliyalılar – Flavinyo ilə Alessandro Vyana da Silva zədə üzündən ili erkən bitirməli oldular.
Qəbələdəki matçın Lənkərandakı görüşdən az maraq kəsb etmədiyini desək, yanılmarıq. Axı “altılığ”a düşmək uğrunda gərgin mübarizə aparan “Qəbələ” ilə “Bakı”nın görüşündə çox mətləblərə aydınlıq gələcək. Ötən tur “İnter”ə məğlubiyyətdən sonra işini daha da çətinləşdirən “zolaqlılar” indi “Qəbələ” və “Qarabağ”dan 5 xal geri qalır. Yəni, sona 3 tura qalmış şanslarını saxlamaq üçün əsas rəqiblərindən birinə mütləq qalib gəlmək lazımdır. Əks təqdirdə, komandanın “altılıq” şansı minimuma enəcək.
Cari mövsümdə qeyri-sabit çıxış edən “Bakı” bu çətin vəzifəni kuboku da nəzərə alsaq, 13 oyundur uduzmayan “Qəbələ”nin meydanında yerinə yetirməlidir. Qəbələlilər qalib gələrsə, rahat nəfəs alaraq, “altılığ”a düşməsini demək olar həll edəcək.
“İnter”in bu tur 3 xal qazanmaq işi asan olmalıdır. Düzdür, komanda ilk dövrədə uduzduğu “Gəncə”ni qəbul edəcək. Ancaq “Gəncə” həmin inamlı oyunu nümayiş etdirmir və II dövrədə “uğursuzluq zolağı”na düşən komanda “altılıq”dan demək olar kənarda qalacaq.
Son 3 oyunda heç-heçələri sıralayan AZAL 6 xal itirsə də, 3-cü pillədə mövqeyini qoruyur. Ancaq “Xəzər Lənkəran”la “Neftçi” “təyyarəçilər”lə xal fərqini artırdığından, növbəti xal itkisi yolverilməzdir. Özü də komanda “altılıq”dan kənarda qalması ötən tur rəsmiləşən “Muğan”la görüşəcək. Düzdür, onu da nəzərə alaq ki, cari mövsümdə evdə inamlı təsir bağışlayan salyanlılar yalnız “Neftçi”yə uduzub.
23 dekabr
13:00. "Qəbələ" - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Eldar Nağıbəyov, Roman Vasilyev, Rauf Cabbarov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun – 1:2
13:00. "Muğan" - AZAL
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Orxan Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:2
14:00. "Simurq" - MOİK
Hakimlər: Elnur Muradov, İsgəndər Əliyev, Elşən Acalov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:1
15:00. "Neftçi" - "Turan"
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Aydın Ələkbərov, Əliyar Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:2
16:00. "İnter" - "Gəncə"
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Elman Musayev, Əmrah İbrahimov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:1
17:00. "Xəzər Lənkəran" - "Qarabağ"
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:0
Turnir cədvəli
Bombardir: Bahodir Nasimov ( Neftçi ) - 15

1 | Xəzər Lənkəran | 18 | 12 | 4 | 2 | 22-8 | 40 |
2 | Neftçi | 18 | 11 | 5 | 2 | 34-9 | 38 |
3 | AZAL | 18 | 9 | 7 | 2 | 25-11 | 34 |
4 | İnter | 18 | 9 | 4 | 5 | 16-13 | 31 |
5 | Qəbələ | 18 | 8 | 6 | 4 | 19-9 | 30 |
6 | Qarabağ | 18 | 9 | 3 | 6 | 19-12 | 30 |
7 | Bakı | 18 | 7 | 4 | 7 | 25-20 | 25 |
8 | Gəncə | 18 | 5 | 7 | 6 | 23-25 | 22 |
9 | Muğan | 18 | 4 | 5 | 9 | 8-21 | 17 |
10 | Turan | 18 | 2 | 6 | 10 | 14-27 | 12 |
11 | Simurq | 18 | 2 | 5 | 11 | 11-27 | 11 |
12 | MOİK | 18 | 1 | 2 | 15 | 5-39 | 5 |

0
0