“Neftçi” qış çempionudur
23.12.2010 - 18:50
Azərbaycan Premyer Liqasında 2010-cu ilin son turu keçirilib. Apasport.az saytının məlumatına görə, liderliyi 2 turdan sonra qaytaran Bakının “Neftçi” klubu qış çempionu olub.
Bu, “Xəzər Lənkəran”ın cari mövsümdə ilk dəfə evdə uduzması sayəsində reallaşdı. İndi “Neftçi” 51 günlük fasilədən sonra “Xəzər Lənkəran”la ev oyununa 1 xal üstün durumda çıxacaq. “Qarabağ” Lənkərandakı qələbə sayəsində 5-ci pilləni “Qəbələ”nin əlindən alaraq, “altılıq” mübarizəsində rahat nəfəs ala bilər.
“Bakı” bu mübarizədə əsas rəqiblərindən olan “Qəbələ” ilə səfər oyununda vacib qələbə qazanıb. Jabanın I dövrədə olduğu kimi, vurduğu qələbə topu son ölkə kubokunun şanslarını saxlayıb. Əvəzində “Qəbələ”nin 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub.
Salyandakı görüşdə isə sensasiya qeydə alınıb. “Muğan” heç kimin gözləmədiyi halda AZAL-ı yenib. Özü də Bəhmən Həsənovun yetirmələri əzmkar qələbə qazanıb.
AZAL-ın məğlubiyyəti ən çox “İnter”in xeyrinə olub. Çünki “bankirlər” “Gəncə”ni evdə çətinliklə də olsa yenməklə, “təyyarəçilər”lə xal fərqini bərabərləşdirib. İndi Nazim Süleymanovun çalışdırdığı komanda “İnter”ı şəxsi oyunlara görə qabaqlayır.
Qeyd edək ki, XX turun oyunları gələn ilin fevralın 11-12-də keçiriləcək.
23 dekabr
“Qəbələ” - “Bakı” - 0:1
QOL: Jaba, 51
Hakimlər: Elçin Məmmədov, Eldar Nağıbəyov, Roman Vasilyev, Rauf Cabbarov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun – 1:2
“Muğan” - AZAL - 3:1
QOLLAR: Elşən Məmmədov, 27; 61; Ekrem Hodziç, 70 - Vüsal Qarayev, 8
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Orxan Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:2
“Simurq” - MOİK - 1:1
QOLLAR: Samir Əliyev , 75 - Orxan Babayev, 80
Hakimlər: Elnur Muradov, İsgəndər Əliyev, Elşən Acalov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:1
“Neftçi” - “Turan” - 2:0
QOLLAR: Rəşad Abdullayev, 16; Emin Mpenza, 35
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Aydın Ələkbərov, Əliyar Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:2
“İnter” - “Gəncə” - 1:0
QOL: Robertas Poşkus, 87
Hakimlər: Ramil Diniyev, Samir Hacıyev, Elman Musayev, Əmrah İbrahimov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:1
“Xəzər Lənkəran” - “Qarabağ” - 1:2
QOLLAR: Alim Qurbanov, 15 - Rauf Əliyev, 4, 75
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Azər Əsgərov, Vüsal Əliyev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:0
Bombardir: Bahodir Nasimov ( Neftçi ) - 15

1 | Neftçi | 19 | 12 | 5 | 2 | 36-9 | 41 |
2 | Xəzər Lənkəran | 19 | 12 | 4 | 3 | 23-10 | 40 |
3 | AZAL | 19 | 9 | 7 | 3 | 26-14 | 34 |
4 | İnter | 19 | 10 | 4 | 5 | 17-13 | 34 |
5 | Qarabağ | 19 | 10 | 3 | 6 | 21-13 | 33 |
6 | Qəbələ | 19 | 8 | 6 | 5 | 19-10 | 30 |
7 | Bakı | 19 | 8 | 4 | 7 | 26-20 | 28 |
8 | Gəncə | 19 | 5 | 7 | 7 | 23-26 | 22 |
9 | Muğan | 19 | 5 | 5 | 9 | 11-22 | 20 |
10 | Turan | 19 | 2 | 6 | 11 | 14-29 | 12 |
11 | Simurq | 19 | 2 | 6 | 11 | 12-28 | 12 |
12 | MOİK | 19 | 1 | 3 | 15 | 6-40 | 6 |

0
0