“Bakı” və “Xəzər Lənkəran” üçün Türkiyədə eyni rəqib
23.12.2010 - 10:41
Rumıniyanın “Panduri” klubunun Türkiyədəki təlim-məşq toplanışı dövründə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsi təmsilçisi Antalyada 2 komandamızla da üz-üzə gələcək.
Yanvarın 28-dən fevralın 10-dək toplanışda olacaq rumıniyalılar ilk və son oyununu Azərbaycan kubokunun son finalçılarına qarşı keçirəcək. Ümumilikdə 5 qarşılaşmada qüvvəsini sınayacaq “Panduri” yanvarın 31-də “Bakı”, fevralın 9-da həmyerliləri Mirça Rednikin baş məşqçisi olduğu “Xəzər Lənkəran”la görüşəcək. Rumıniyalıların rəqibləri siyahısında Ukraynanın “Metallurq” (Zaporojye), Cənubi Koreyanın “Kanvondo” və Xorvatiyanın “Lokomotiv” klubları da var.
Qeyd edək ki, “Panduri” Rumıniya çempionatının autsayderləri sırasındadır. Petre Qriqoraşın yetirmələri qış fasiləsinə 18 komanda arasında 16-cı yerdə yollanıb. Hazırda “Xəzər Lənkəran”da çıxış edən Adrian Yordaşe məhz bu klubdan transfer olunub.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0