Voronin, Torres və “Yuventus”a 4 qol vuran futbolçu yığmamıza qarşı
23.12.2010 - 11:45
Ukrayna yığmasının aparıcı futbolçusu Andrey Voronin yenidən Azərbaycan millisinə qarşı oynaya bilər. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin fevralında Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşündə meydana çıxan təcrübəli hücumçu bu dəfə Xarkovun “Metallist” klubunun heyətində bunu edə bilər.
Məlum olduğu kimi, “Metallist” gələn ilin əvvəlində Dubaydakı təlim-məşq toplanışında yığmamızla yoldaşlıq görüşü keçirəcək. Moskvanın “Dinamo” klubunda işləri yaxşı getməyən Voronin vətəninə dönmək istəyir və Avroliqanın 1/16 final mərhələsinə çıxan xarkovlular onu transfer siyahısına daxil edib.
Ümumiyyətlə, “Metallist” siyahısına daxil etdiyi çoxsaylı futbolçuları qışdakı yoxlama oyunlarında, o cümlədən millimizlə görüşdə oynatmağı düşünür. Onlar arasında Avroliqanın digər 1/16 final mərhələsinin iştirakçısı - Polşanın “Lex” klubunun latviyalı hücumçusu Artyom Rudnevdir. Avroliqada çıxışı ilə diqqəti özünə cəlb edib 22 yaşlı futbolçunun transferi 1 milyon avro qiymətləndirilir. Rudnev Avroliqanın qrup mərhələsində hər 4 qolu 1-i het-trik olmaqla İtaliyanın “Yuventus” klubuna vurub.
Argentinanın “San-Lorenso” klubunun 25 yaşlı dayaq yarımmüdafiəçisi Xuan Manuel Torres də “Metallist”in heyətində millimizlə görüşə çıxa bilər. Klub prezidenti Aleksandr Yaroslavki qış fasiləsində müdafiənin mərkəzi, yarımmüdafiə və hücum xəttinə yeni futbolçuları almağı planlaşdırdıqlarını bildirib.

0
0