“Xəzər Lənkəran” məni havayı buraxmaz”
23.12.2010 - 11:56
“Xəzər Lənkəran” məni havayı buraxmaz”
“Xəzər Lənkəran” məni transferə çıxarıb. Müqavilənin qarşılıqlı şəkildə pozulmasından söhbət belə gedə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun qapıçısı Denis Romanov deyib.

Latviya millisinin üzvü transferə çıxarılsa da, Lənkəran təmsilçisinə bağlılığının qaldığını açıqlayıb: “Xəzər Lənkəran” futbolçusunu heç vaxt havayı buraxmayıb, həmişə keçid üçün pul istəyib. Yəni, hər hansı klub məni heyətində görmək istəsə, pul ödəməli olacaq. Bu komandada elə oyunçular olub ki, klubdan ayrılsalar da sonradan onları alan olmadığı üçün geri qayıdıb. Bir sözlə, transferə çıxarılsam da, hələ də “Xəzər Lənkəran”ın oyunçusuyam”.

Qeyd edək ki, bu ilin yayında “Xəzər Lənkəran”a keçən Romanov ümidləri doğrultmadığından transferə çıxarılıb.