Luçetti Sadıqova çatır
23.12.2010 - 12:07
Luçetti Sadıqova çatır
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “San-Paulu” klubunun braziliyalı qapıçısı Rojerio Seni liderliyini möhkəmlətməkdə davam edir. Yüzə bir qədər də yaxınlaşan 37 yaşlı qapıçı 93-cü qolunu vurub ki, bunun 42-də penaltidən, 51-i oyundandır.

Seninin ən yaxın izləyicilərindən üçü - Xose Luis Çilavert (62 qol, Paraqvay), Rene İquita (41, Kolumbiya) və Xorxe Kampos (40, Meksika) karyeralarını bitiriblər. Karyeralarının davam etdirənlər ən yaxını yığmamızın kapitanı Rəşad Sadıqovun “Kayserispor”da komanda yoldaşı olmuş bolqar Dimitar İvankovdur. Türkiyənin “Bursaspor” klubunun qapıçısı 40-cı qoluna imza atıb ki, bunların hamısı penaltidən vurulub.

Artıq xeyli müddətdir siyahıda ölkəmizi təmsil edən veteran qapıçımız Nizami Sadıqov 14-cü pillədə qalıb. 43 yaşlı həmyerlimiz karyerasının böyük hissəsini keçirdiyi Tovuzun “Turan” klubunda 21 qol vurub ki, bunlardan 12-si penaltidən, 9-u oyundan reallaşıb.

Cari mövsümdən Zaqatalanın “Simurq” klubunda qapıçılar işləyən məşqçi olan Sadıqovun izləyicisi ona daha da yaxınlaşıb. Bu, Argentinanın “Banfeld” klubunun qapıçısı Kristian David Luçettidir. Hesabına 19-cu qolu yazan argentinalı hamısını penalti zərbəsindən vurub.