“Rəqib futbolçular motosikletdə, biz isə 3 təkərli velosipeddə gəzirdik”
23.12.2010 - 13:27
“Levante”nin baş məşqçisi Luis Qarsiya İspaniya kubokunda Madrid “Real”ından ağır məğlubiyyətindən sonra maraqlı müqayisə aparıb. Apasport.az saytının məlumatına görə, ispan çalışdırıcı 0:8 hesabı ilə uduzduqları oyunda meydanda velosipedlə gəzdiklərini bildirib: “Real” elə təsir bağışlayırdı ki, sanki onların futbolçuları meydanda motosiklet, biz isə üç təkərli velosipeddə gəzirdik. Komandalar arasında səviyyə fərqi həddən çoxdur. Onlar bizə 8 qol vurdular. Biz yalnız azarkeşlərdən üzr istəməyi bilərik”.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0