FİFA hakimlərimizin sayı artdı
23.12.2010 - 14:39
Azərbaycanlı FİFA hakimlərinin sayı artırılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi gələn il mötəbər turnirlərdə 17 beynəlxalq hakim təmsil edəcək. Ötən il 15 hakimə beynəlxalq dərəcəni təsdiqləyən FİFA sayı artırıb. Bunlar futzal və çimərlik futbolunda etimad qazanan gənc hakimlər Ramil Namazovla Fuad Həsənovdur. Namazov Elçin Səmədli və Elçin Məmmədov kimi futzalda, Həsənov Əfqan Həmzəyevlə çimərlik futbolunda FİFA referisi dərəcəsini alıb.
Futbolda isə beynəlxalq dərəcəli hakimlərin sayında dəyişiklik olmayıb. Yəni 3 baş hakim - Vüsal Əliyev, Fariz Yusifov və Anar Salmanov FİFA referiləri kimi yenidən təsdiqləniblər. FİFA hakim-köməkçiləri yenə 6 nəfərdir. Elman Musayev, Vaqif Musayev Mehman Mahmudov, Mübariz Həşimov və Samir Hacıyevin dərəcələri qalıb. Yeganə yerdəyişmə Orxan Məmmədovun Zeynal Zeynalovla əvəzlənməsidir. Vaxtilə beynəlxalq dərəcə alan ən gənc hakim kimi futbol tariximizə düşən 25 yaşlı Məmmədov laynsmanlıqdan imtina edib. Bu, onun referiliyə keçməsi ilə bağlıdır. Yığmamızın sabiq futbolçusu Zeynal Zeynalovun adaşı da gənc hakimlərdəndir. O, Namazov və Həsənov kimi debütantdır.
Qeyd edək ki, qadın beynəlxalq dərəcəli hakimlərin sayı dəyişməzdir. Venera Kahriç-Muradova FİFA referisi, Ülviyyə Mustafayeva ilə Maya Nəbiyeva FİFA hakim-köməkçisidir.

0
0