“Bakı” klubunun futbolçuları meydanda dalaşdı
23.12.2010 - 15:05
Bu gün Azərbaycan çempionatında keçirilən “Qəbələ” – “Bakı” oyunu xoşagəlməz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Qəbələ stadionunda yaşanan “şou”nun qəhrəmanları qonaqlar olublar.
Belə ki, ikinci hissənin gedişində Fabio Luis Ramimlə Aleksandar Şoliç nəyisə bölə bilmədiklərini xatırlayaraq, mübahisəyə başlayıblar. Az qala dava-dalaşa çevriləcək söz-söhbəti yatırtmağa gələn Junior Osvaldo isə qaş düzəldən yerdə, göz çıxardı. Az qala hər iki dalaşanı yerə çırpmaq tapşırığı almış Osvaldonun aqressivliyi hakimin gözündən yayınmadı. Elçin Məmmədov da ona sarı vərəqə verməklə kifayətləndi.
Qeyd edək ki, “Bakı” ötən turda da bu mənada “fərqlənmişdi”. “İnter”lə görüşdən sonra moldovalı legioner Vadim Borets tərbiyəsizlik etmişdi.

0
0