Naci Şensoy: Öncə “Turan”ın baş məşqçisi getməlidir
23.12.2010 - 15:07
Naci Şensoy Tovuzun “Turan” klubunun baş məşqçi postuna qayıdır. Türkiyəli mütəxəssis apasport.az saytına açıqlamasında bildirib ki, artıq Bakıya gəlib.
Şensoy keçmiş komandasının “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyununu izləyəcəyini söyləyib. Tovuzluların dəvəti ilə gələn Şensoy “Turan”ı yenidən çalışdırmağa hazır olduğunu vurğulayıb: “Ancaq bunun üçün baş məşqçi postu boşalmalıdır. İndi komandanın sükanı arxasında gürcü həmkarım Revaz Dzodzuaşvili var. O, postunda ola-ola gəlişim mümkün deyil. Mən ilk növbədə peşəkaram. Rəhbərlik baş məşqçi postuna məni gətirmək istəsə, bunu nəzərdən keçirə bilərəm. Azərbaycanda çoxlu dostlarım var. Bura, “Turan” mənim üçün doğmadır”.
Qeyd edək ki, Şensoy iki müxtəlif vaxtda – 2001-02-ci illərdə və 2004-cü ilin ortasından 2005-ci ilin sonuna kimi “Turan”ı çalışdırıb.
Mehman SÜLEYMANOV

0
0