“Turan”ın nüfuzunu qaytarmaq istəyirik”
23.12.2010 - 16:17
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoyun apasport.az saytına müsahibəsi
- Bakıya səfərinizlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan mənim üçün doğma məkandır. Bakıda da, İstanbulda da hava gözəldir. Mənə dedilər ki, həmişə dekabrda Bakıda külək olsa da, indi yoxdur. İnanmadım. O zaman dedilər ki, gəl və gör.
- Külək məsələsini özünüzə saxlayın. Amma səfərinizin əsas məqsədi bununla bağlı deyil. Yəqin ki, “Turan”ın baş məşqçi postunda gözünüz var.
- Hazırda “Turan”ın baş məşqçisi var. Buna görə indi mənim danışmağım düzgün olmazdı.
- Uzun yol qət edib gəlmisizsə, deməli, təklif almısız. Siz elə-belə gəlməzsiniz...
- Bilirsiniz, mənim Azərbaycanda çoxlu dostlarım var. Eləcə də, sizin kimi mətbuatda yaxşı dostlar. Ancaq konkret – danışmaq, müqavilə imzalamaq kimi bir şey yoxdur. Oyunu izləməyə gəldim, bundan sonra nə olacağını bilmirəm. Amma bir şeyi bilməyinizi istəyirəm. Bir klubun baş məşqçisi ola-ola, çalışdığı halda, mənim bu məsələ haqda Pro kateqoriyalı peşəkar mütəxəssis kimi danışmağım düzgün olmazdı. Bu, prinsiplərimə uyğun gəlmir.
- Təsəvvür edin ki, “Turan”ın gürcü baş məşqçisi Revaz Dzodzuaşvili istefaya göndərilib. O zaman təklifi qəbul edərsiniz?
- Öncə komandanın baş məşqçi ilə yollarını ayırması lazımdır. Bundan sonra mənimlə konkret danışılmalıdır.
- “Turan” autsayderlər sırasında olduğundan, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Belə komandanı çalışdırmaq sizin kimi iddialı məşqçinin tələblərinə nə dərəcədə uyğun gəlir?
- Uyğun gəlməz. Ancaq klub rəhbərliyi gələn mövsüm daha yüksək hədəflər üçün oynamağı düşünələrsə, ola bilər. Bir məşqçi kimi bunu görsəm, razılaşaram. Nə olsun ki, çətin vəziyyətdədir? İndi “Qalatasaray” da çətin vəziyyətdədir. Ancaq Georgi Hacının gəlişi bu vəziyyətdə qalması anlamına girməz. Bu, düzgün addımdır və mütləq motivasiya lazımdır. Hacının gətirilməsində məqsəd “Qalatasaray”ı indiki çətin vəziyyətdən çıxarıb, gələn mövsüm layiqli olduğu yerlər uğrunda mübarizə aparmaqdır.
- Başqa təklifləriniz var idi?
- Bəli, Bolqarıstan və Türkiyədən. Ancaq ortaq fikrə gələ bilmədik.
- Dzodzuşavili ilə görüşüb, söhbətləşmisiniz?
- Yox.
- Geriyə biletiniz nə vaxtadır?
- Açıq saxlamışam. Bu, o qədər önəmli deyil. Əsas odur ki, Azərbaycanda olmağıma çox şadam. İlin son oyunudur, yaxşı mübarizə gedir.
- “Turan” gələn mövsüm güclənsə, 6 il əvvəl olduğu kimi, yenidən çempionluq uğrunda yarışa bilərsiniz?
- Bu, yalnız məndən asılı deyil, rəhbərliyin hədəflərinə bağlıdır. Onlar desə ki, Naci bəy bu il çətin vəziyyətdəyik, ancaq gələn mövsüm daha yaxşı komanda qurub, “Turan”ın nüfuzunu qaytarmaq istəyirik, niyə də olmasın? Mən bunu rəhbərlikdə görsəm, edərəm. Çünki “Turan” sevdiyim bir klubdur, röyamdır.
Mehman SÜLEYMANOV

0
0