Vinfred Şafer gələcəyə baxır
23.12.2010 - 16:27
“Çox vacib qələbə qazandıq. Bu münasibətlə komandamı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Son ölkə kubokunun qalibi bu il çempionatın son turunda səfərdə “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlməklə, rəqiblə xal fərqini 2-yə endirdi. Bununla da “altılıq” şanslarını saxlayan “Bakı”nın almaniyalı çalışdırıcısı oyundan razı qalıb: “Bu gün bir qol vursaq da, bir neçə dəfə hesabı artıra bilərdik. Təəssüf ki, buna nail ola bilmədik. Qalib gəldik, gələcəkdəki oyunlarımıza baxacağıq. "Qəbələ" çempionata yaxşı başlamasa da, sonradan uğurlu çıxış etməyə başladı. Həqiqətən də çox güclü komandadır”.

0
0