Toni Adams: “Bakı” bizdən bir baş üstün oynadı
23.12.2010 - 16:42
Toni Adams: “Bakı” bizdən bir baş üstün oynadı
"Bakı"nı təbrik edirəm. Rəqib bu gün bütün epizodlarda bizdən bir baş üstün oynadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun ingilis baş məşqçisi Toni Adams deyib.

Çempionatının bu gün keçirilən XIX turunda evdə “Bakı”ya 0:1 hesabı ilə uduzan qəbələlilər onunla xal fərqinin azalmasına imkan verdi. Rəqibin layiqli qazandığını hesab edən Adams zədə epidemiyasından gileylənib: “Bu gün 5 futbolçum zədə səbəbindən meydana çıxa bilməmişdi. Çempionatda yaranan fasilə yerinə düşdü. Qış fasiləsində oyunçularımızın zədəsini sağaldacağını düşünürəm. Biz bu il çempionluq üçün oynamırıq, "altılığ”a düşmək uğrunda mübarizə aparırıq. Məqsədimiz güclü komanda formalaşdırmaqdır. "Qəbələ" növbəti çempionatlarda çempionluq üçün oynayacaq".