Revaz Dzodzuaşvili: Mən məsləhətçi olacam, Şensoy baş məşqçi
23.12.2010 - 17:29
Revaz Dzodzuaşvili: Mən məsləhətçi olacam, Şensoy baş məşqçi
“Neftçi” ilə oyunumuz baxımlı oldu. Azarkeşlər 90 dəqiqə ərzində darıxmadılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Tovuzun “Turan” klubunun baş məşqçisi Revaz Dzodzuaşvili deyib.

Bu ilin son oyununda səfərdə “Neftçi”yə 0:2 hesabı ilə uduzan tovuzlular növbəti məğlubiyyətlərini aldı. Dzodzuaşvili səviyyə fərqinin nəticəyə təsir etdiyini sayır: “Rəqibin futbolçuları bizdən daha təcrübəli idi. Bizdə əsasən gənc futbolçular yer alıb. Onların çoxunun 21 yaşlılardan və ibarət aşağı yaş qruplarından ibarət yığmalarımıza çağırılması bizi sevindirir”.

Oyunu stadiondan “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy izləyirdi. Gürcü mütəxəssis türkiyəli həmkarının onun yerinə təyin ediləcəyindən xəbərdardır: “Fikrimcə, Şensoyun gəlişi komandanın xeyrinə olacaq. O, Türkiyədən dəvət edilən təcrübəli mütəxəssisdir. Məqsədimiz yerli futbolçulardan ibarət mübariz komanda yaratmaqdır. Mən kluba məsləhətçi kimi dəvət olunmuşdum. Sadəcə, I dövrədə vəziyyət qəlizləşəndən sonra baş məşqçi postuna keçəsi oldum. Bundan sonra “Turan”da yenidən məsləhətçi kimi fəaliyyətimi davam etdirəcəyəm”.