Rail Məlikov: Qol vurulana qədər bizdə gərginlik var idi - MÜSAHİBƏ
24.12.2010 - 00:07
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Rail Məlikovun apasport.az saytına müsahibəsi
- Əvvəlcə “Turan”la oyun barədə fikirlərinizi bildirərdiniz...
- Gərgin oyun olacağını bilirdik. Buna görə, boşalmaq olmazdı. “Turan” yaxşı oynadı. Onlara qarşıdakı oyunlarda uğurlar diləyirəm. Baş məşqçi qarşımıza 3 xal qazanmaq tapşırığı qoymuşdu. Biz də bunu reallaşdırmalı idik.
- Birinci hissədə vurulan 2 qolun fasilədən sonra meydana rahat çıxmanızda rolu oldumu?
- Oldu, çox oldu. Arxayınçılıq yaranmışdı. Ancaq qol vurulana qədər bizdə gərginlik var idi.
- Ən əsası, “Neftçi” qış çempionu oldu. “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ı məğlub etdi. Bu da komandanız üçün göydəndüşmə oldu...
- Buna çox sevindik. Məqsədimiz çempion olmaqdır. Fasiləyə zirvədə yüksəlmək, əlbəttə, sevindirici məqamdır. “Neftçi” hər zaman zirvə uğrunda mübarizə aparıb. İnşallah, mayda məqsədimizə çatarıq.
- Bu 2010-cu ildə sonuncu rəsmi oyununuz idi. Başa çatan ili necə dəyərləndirirsiniz?
- Məncə, 2010-cu il yaxşı keçdi. Uşaqlara və klub rəhbərliyinə “çox sağ ol” deyirəm ki, belə gözəl komanda yaradıblar.
- Əsas mərhələ hələ 3 turdan sonra başa çatacaq. Necə düşünürsən, fasilədən sonra da “Neftçi” öz yerini qoruya biləcəkmi?
- Biz bunun üçün mübarizə aparırıq. Çalışacağıq ki, belə də olsun.
- Necə düşünürsünüz, “Neftçi”də hansı mövqeləri gücləndirmək lazımdır?
- “Neftçi”də bütün mövqelər güclüdür və rəqabət var. Zəif mövqemiz yoxdur. Uşaqlar oyunlarda canlarını qoyurlar.
- Yanvarda həm klub, həm milli səviyyəsində təlim-məşq toplanışları olacaq. Özünüzü hazır sayırsınızmı? Zədəniz sağalıbmı?
- Zədəm tam sağalıb. Şükürlər olsun ki, özümü yaxşı hiss edirəm. Yanvarda daha yaxşı olacaq. Fürsətdən istifadə edib, hamınızın yeni ilini təbrik edirəm.

0
0