“Xəzər Lənkəran” daha 4 legioneri transferə çıxardı
24.12.2010 - 00:14
Çempionatın gedişində bir neçə futbolçusu ilə vidalaşan "Xəzər Lənkəran" heyəti təmizləməyə davam edir. Apasport.az saytının xəbərinə görə, Dieqo Ruis, Kristin Kabral və Denis Romanovu transferə erkən çıxaran cənublular onların siyahısına daha dördünü əlavə etdi.
"Qarabağ"a məğlubiyyətdən sonra heyətin yetərsizliyini anlayan baş məşqçi Mirça Rednik yeni gələcək oyunçular üçün yer hazırlığına başlayıb.
Son vaxtlar "ayağının açılmasına" baxmayaraq, Allan Lalin, xeyli vaxtdır Lənkəranda olan Radomir Todorov, eləcə də rumın çalışdırıcının özünün gətirdiyi Adrian Yordaçe və Konstantin Arbanas ağdamlılarla görüşdən sonra transferə çıxarılıb.

0
0