“Neftçi” üçün daha 2 braziliyalı
24.12.2010 - 00:19
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov qış fasiləsindəki transfer planları ilə bağlı açıqlama verib. Apasport.az saytının xəbərinə görə, komanda rəhbəri bu günədək oxşar açıqlamalar versə də, bu dəfə fikrini qətiləşdirib. O, "ağ-qaralar"ın 2 braziliyalı futbolçunu gözaltı etdiyini vurğulayıb: "Komandamızın yaxşı oynamasına baxmayaraq, heyəti gücləndirmək istəyirik. Ona görə də qış fasiləsində bir sıra oyunçuları baxışdan keçirəcəyik. İki yarımmüdafiəçi almaq niyyətindəyik. Bircə onu deyə bilərəm ki, sözügedən futbolçular braziliyalılardı".
Qeyd edək ki, hazırda "Neftçi"nin heyətində 3 braziliyalı futbolçu yer alıb. Bunlar müdafiəçilər Denis Silva ilə Alessandro Viano da Silva, eləcə də hücumçu Flavinyodur.
Mənbə: “Ekspressfutbol” qəzeti
Qeyd edək ki, hazırda "Neftçi"nin heyətində 3 braziliyalı futbolçu yer alıb. Bunlar müdafiəçilər Denis Silva ilə Alessandro Viano da Silva, eləcə də hücumçu Flavinyodur.
Mənbə: “Ekspressfutbol” qəzeti
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0