“Beşiktaş” Simaonun keçidini təsdiqlədi
24.12.2010 - 00:22
Bir müddətdir Simao Sabrozanın "Beşiktaş"a keçəcəyi barədə yayılan xəbərlər rəsmən təsdiqlənib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, klubun vitse-prezidenti Sərdar Adalı verdiyi açıqlamada 31 yaşlı futbolçunun rəsmən transfer edildiyini bildirilib: "Simao Pedro Fonseka Sabroza ilə rəsmən 2,5 illik müqavilə imzalamışıq. Bunun üçün futbolçuya 2010-2011 mövsümünün ikinci dövrəsində 2,2 milyon avro, qalan iki mövsümdə isə hər il üçün 2,5 milyon avro ödəyəcəyik".
Eyni zamanda 2,5 ilə 7,2 milyon avro qazanacaq futbolçunun keçidi üçün Madrid "Atletiko"suna da 900 min avro ödənilib.
Xatırladaq ki, bu, İstanbul təmsilçisinin cari mövsümdə transfer etdiyi üçüncü portuqaliyalıdı. "Qara qartallar"da növbəti hədəfin daha bir portuqaliyalı - "Verder"də top qovan Uqo Almeyda olduğu bildirilir.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0